Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb

21-12-2023, 00:09           
Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb
Gürcüstan 2023-cü ilin ilk yanvar-noyabr ayları ərzində Azərbaycana 408,99 milyon ABŞ dolları dəyərində 21 211 ədəd avtomobil ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb.

Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 6 489 ədəd və ya 23,4% azalıb, lakin dəyəri 138,66 milyon dollar və ya 51,2% artıb. Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 270,33 milyon dollar dəyərində 27 700 ədəd avtomobil ixrac edib. Statistikaya əsasən, bu il noyabradək Gürcüstan 1 milyard 946,94 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,5 dəfə çoxdur. Avtomobil bu il Gürcüstanın əsas ixrac məhsulu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru