Avrovağzalda növbəti biabırçılıq burada: qanunlara üz çeviriblər - VİDEO

12-02-2024, 10:41           
Avrovağzalda növbəti biabırçılıq burada:
"Azərbaycan Reallığı"na video-müraciət göndərən vətəndaş iddia edir ki, avtovağzalda maşını parkinq etmək istəyərkən qəribə hadisə ilə üzləşib.

Vətəndaş yazır: "Qanunla burada 15 dəqiqə gözləmə müddəti olmalıdır, 5 dəqiqə olmadı əşya götürüb çıxdım post terminaldan ödəniş etmək istədim mənə dedilər mümkün deyil ancaq nağd şəkildə ödəməlisən, bizim dövlət başçının qərarı var nağdsız ödənişlərə üstünlük verəsiniz, bunlar o qanunları saymırlar bu nə özbaşnalıqdır?

Zəng edib narazlığımı bildirirəm mənə deyirlər get kartdan pulunu çıxar, gəl nağd ödəniş et. Çıxış yolu tapa bilməyən vətandaş avtovağzal nəzarətçilərdən birinin hesab kartına 1 manat göndərərək ondan nağd pul almalı olub, mediadan xaiş edirəm bu məsələni ictmailəşdirin, bu qanunsuzluğun qarşısı alınsın"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru