Bakıda nəşəli avtobus sürücüsü saxlandı - VİDEO

7-08-2016, 17:53           

"Ekoloji Nəzarət Postu"nda yol polisi, avtobusu qapısı açıq vəziyyətdə idarə etdiyi üçün sürücüyə "saxla" əmri verib.

Əvvəlcə, sərxoş olduğu bilinən sürücü həkim müayinəsindən sonra məlum olub ki, narkotik tərkibli maddənin təsiri altında avtobusu idarə edir.

Xezerxeber.com bildirir ki, Bakıda, psixotrop maddənin təsiri altında sərnişin daşıyan avtobus sürücüsü aşkar edilib. Namiq İsgəndərov avtobusu qapısı açıq şəkildə idarə etdiyi üçün "Ekoloji Nəzarət Postu"nun inspektorları ona "saxla" əmri veriblər.

Səhər və axşam 40-45 sərnişin aparan sürücü dərhal yol hərəkətindən kənarlaşdırılıb, avtobus isə cərimə meydançasına aparılıb. Dindirmə zamanı Namiq İsgəndərov narkotik tərkibli maddə qəbul etdiyini boynuna alıb. Yoxlama zamanı o da məlum oldu ki, Namiq İsgəndərov yol hərəkəti qaydalarını da tez-tez pozub.

Sürət həddini aşdığına görə 6 radar cəriməsini də ödəməyib. Postda sürücüyə inzibati protokol tərtib edildikdən sonra material baxılması üçün Abşeron rayon məhkəməsinə göndərildi. Məhkəmənin qərarı ilə Namiq İsgəndərov 6 ay müddətində sürücülük hüququndan məhrum edildi.

[media=https://www.youtube.com/watch?v=7Xk6o-jivUU]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.