Azərbaycanda benzin bahalaşacaq? - AKTUAL

28-02-2024, 00:02           
Azərbaycanda benzin bahalaşacaq? - AKTUAL
Rusiya hökuməti yaz və yay mövsümlərində artan tələbatı balanslaşdırmaq üçün martın 1-dən benzin ixracına müvəqqəti qadağa qoymağı planlaşdırır.

“Cebhe.info” xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Novakın sözçüsü bildirib. Sözçü "Biz bu məlumatı təsdiqləyirik",-deyib. Qərar yay tətili, sahə işləri və neft emalı zavodlarında planlaşdırılan texniki xidmət işləri zamanı artan tələbatı kompensasiya etmək üçün lazımdır. Qeyd edək ki, məhdudiyyət Avrasiya İqtisadi Birliyinə üzv ölkələr və Cənubi Osetiya, Abxaziya, Monqolustan və Özbəkistana şamil edilməyəcək. Xatırladaq ki, "RBC" xəbər təşkilatı daha əvvəl mövsümi qiymət artımı fonunda belə planlar barədə məlumat vermişdi.

Maraqlıdır, bu qərar Azərbaycana təsir edəcək və benzin bahalasacaq?

Mövzu ilə bağlı “Cebhe.info”-ya iqtisadçı Fuad İbrahimov bildirib ki, ölkəmizdə yüksək oktanlı benzinin istehsalı demək olar ki, həyata keçirilmir.

“Bu ildən başlayaraq ölkəmizdə yüksək oktanlı, beynəlxalq standartlara cavab verən benzinin istehsalına başlanmalıdır. Lakin müvəqqəti olar bu proseslər bir qədər ləngiyib. İstehsal həyata keçirilərsə, o zaman xaricdən asılılığı tam olaraq aradan qaldıra biləcək”.

Həmsöhbətimiz bildirib ki, Rusiyanın benzinin ixracının dayandırması qiymətlərə təsir etməyəcək:

“Rusiyanın benzin ixracına məhdudiyyət qoyması birinci dəfə deyil. Dəfələrlə belə hallar təkrarlanıb. Ölkəmizdə sırf bununla əlaqədar yanacağın qiymətinin qalxacağı gözlənilmir. Lakin yekun qərarı Tarif Şurası qəbul edə bilər. Ancaq bu qərar da sırf bu məqsədlə qiymətlərin artması demək olmaz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.