Yasamal icra başçısından şəhid ailələri və əlillərə cavab " “hara gedirsiniz, gedin”

22-08-2016, 13:37           
Yasamal icra başçısından şəhid ailələri və əlillərə cavab "  “hara gedirsiniz, gedin”
Bu gün bir qrup Qarabağ əlili və şəhid ailəsi Yasamal Rayon İcra Hakimiyyətinə toplaşıb.

Bu barədə AzNews.az-a icra hakimiyyətinə yollanan əlillərdən biri məlumat verib. Bildirib ki, sözügedən şəxslər Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləridir.

“Bina 2010-cu ildə “Altıncı mərtəbə” şirkəti tərəfindən tikilib. Burada 81 mənzil var, hamısında da Qarabağ əlili və şəhid ailələri yaşayır. Binada saysız-hesabsız problemlər var və onların heç biri həll edilmir. Lift işləmir, içərisinin təmiri sökülüb-dağılıb, üzlüyü tamam yararsız vəziyyətdədir, heç bir sənədləşmə aparılmayıb. Biz də binadakı problemlə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmək istəyirik. 30 nəfərə yaxın sakin burdayıq. Deyirlər ki, üstünüzə polis çağırılacaq, buranı tərk edin”, - deyə Qarabağ əlili bildirib.

Bina sakinləri isə hədə-qorxuya rəğmən icra başçısıyla görüşməyə israr ediblər. Bir qədər sonra icra başçısı İbrahim Mehdiyev onları binanın foyesində qarşılayıb: “Çıxdı bizə dedi ki, sizi qəbul etmirəm. Biz də bildirdik ki, gedəcəyik prezidentə şikayət edəcəyik. Cavab verdi ki, “hara gedirsiniz, gedin””.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru