Abituriyentlərin nəzərinə: Hər iki altqrupu seçənlər...

20-05-2024, 09:28           
Abituriyentlərin nəzərinə: Hər iki altqrupu seçənlər...
Artıq qəbul imtahanına sayılır günlər qalıb. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək. Bildiyiniz kimi, I qrupa informatika, III qrupa isə coğrafiya fənni əlavə olunub. Ancaq abituriyentlərə hər iki altqrupu seçmək şansı da verilib. Yəni I qrupda hər iki altqrupu seçən abituriyent həm kimyadan, həm də informatikadan, 3 qrupda isə həm tarixdən, həm də coğrafiyadan imtahan verməlidir.

Maraqlıdır, bəs hər iki altqrupu seçən abituriyentlər eyni gündə imtahan verəcək? Bunun üçün onlara əlavə vaxt veriləcəkmi?

Məsələyə aydınlıq gətirmək üçün Publika.az Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarovun fikirlərini öyrənib.

Xanlarov bildirdi ki, əlavə fənn imtahanları eyni gündə olmayacaq.

"Tutaq ki, I qrupda abituriyent hər iki altqrupu seçib. Onlar 2 iyunda riyaziyyat, fizika, kimya fənni üzrə imtahan verəcək. İnformatikanı isə ayrı bir gündə, yəni 9 iyunda verəcək. Birinci 3 fəndən verilən imtahanın müddəti 3 saat, iyunun 9-da isə informatikadan keçiriləcək imtahanın müddəti bir saat olacaq. III qrupu seçən abituriyentlərlə bağlı də eyni qayda olacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.