Sahil Babayev: Kimsəyə qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür

14-06-2024, 17:58           
Sahil Babayev: Kimsəyə qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür
Bu gün 15 min şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib. Növbədə təxminən 4 600 nəfər qalıb. Onlara da mənzil təqdim olunacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxışı zamanı deyib.

“Lakin kiminsə növbəsini pozaraq qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür. Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub evi sənə verməyib başqasına veririk. Hər biri bizim üçün dəyərlidir, qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru