Astara müəllimsiz qala bilər - ƏKSƏRİYYƏT RÜŞVƏTLƏ KOLLEC TƏHSİLİ ALIB

28-06-2024, 17:19           
Astara müəllimsiz qala bilər - ƏKSƏRİYYƏT RÜŞVƏTLƏ KOLLEC TƏHSİLİ ALIB
Bir neçə gün əvvəl orta ümumtəhsil məktəblərdə çalışan müəllimlərin sertifikasiyasında açıqlanan nəticələr müzakirələrə səbəb olub.

Belə ki, həmin nəticələrdə bir sıra rayonlarda, xüsusilə Astara rayonunda orta məktəb müəllimləri biabırçı nəticə göstərib.

Gununsesi.info xəbər verir ki, ölkənin Elm və təhsil naziri Emin Əmrullayev bu barədə danışıb: “Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Həmin rayon üzrə zəif nəticə çoxdur”.


Bu arada Astara təhsil şöbəsinin adının çəkilməsini istəməyən işçilərindən biri Gununsesi.info-ya maraqlı məlumat verib.

Onun sözlərinə görə, rayonunda çalışan hər 10 müəllimdən 7-si kollec məzunudur.

“Bir neçə il əvvəl kolleclərə qəbul 2-3 min manata başa gəlirdi. İmtahanlarda uğur qazana bilməyən abituriyentlər rüşvətlə həmin kolleclərdə oxuyub” deyə əlavə o, edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru