Əmək Məcəlləsinə, eləcədə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların düzgün yerinə yetirilməsinə hansı qurumlar nəzarət edir?
1-07-2024, 00:10
Azərbaycan Respublikası Əmək Məcəlləsinə, eləcədə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların düzgün yerinə yetirilməsinə ictimai və ya dövlət nəzarətini həyata keçirmək və ya sahədə qərarlar qəbul etmək aşağıdakı qurumlar tərəfindən həyata keçirilir: 1. İşəgötürənlər, onların tabe olduqları yuxarı orqanlar tərəfindən. 2. İctimai nəzarət - Həmkarlar təşkilatları və onların yuxarı orqanları tərəfindən. 3. Dövlət nəzarətini - səlahiyyətləri daxilində prokurorluq orqanları. 4.Dövlət nəzarəti - Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən. 5.Dövlət nəzarətini-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. 6. Pozulmuş əmək hüquqlarını bərpa etmək və ya əmək mübahisəsini sülh yolu ilə həll etmək və bu barədə qərar qəbul etmək - Mediasiya təşkilatları. 7. Pozulmuş əmək hüquqlarının bərpası barədə qərar qəbul etmək-Məhkəmə qərarı ilı bu qurum tərəfindən. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Azərbaycan Respublikası Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunan hüquqları pozmağa, onları hər hansı şərtlərlə və ya qaydalarla məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlik, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azər Quliyev. TEREF