“Instagram”da qalmaqallı yenilik - Boşanmaların sayı artacaq
1-07-2024, 09:03
Bu funksiya ilə istifadəçilər üç nəfərə qədər şəxsə öz hesablarına giriş icazəsi verə biləcəklər. Bu şəkildə parolları paylaşmağa ehtiyac qalmayacaq.
TEREF lent.az-a istinadən xəbər verir ki, səlahiyyət verilmiş şəxslər hesabdakı yazıları redaktə edə, mesajlara cavab verə və hətta hekayələr paylaşa biləcəklər.
Digər tərəfdən, hesabın paylaşıldığı insanlar hesabı deaktiv edə və ya istifadəçi adı və parol kimi həssas məlumatlara dəyişiklik edə bilməyəcəklər.
Tətbiq daxilində hesablara giriş icazəsi olan şəxsləri görmək olar və hesabın ilk sahibləri istədikləri zaman digər istifadəçilərin icazəsini ləğv edə biləcəklər.
Bundan əlavə, hesab sahibləri digər istifadəçilərin fəaliyyətini də görə biləcəklər. Yeni funksiya hazırda sınaq mərhələsindədir və onun nə vaxt istifadəyə veriləcəyi dəqiq bilinmir.