Vətəndaş banka yox, bankaya güvənəndə...

1-07-2024, 18:18           
Vətəndaş banka yox, bankaya güvənəndə...
Bəlkə də Mirzə Cəlil, Sabir sağ olsaydı qah-qah çəkərdi . Amma mən təsirləndim. Dünən bu pulların hekayəsini mənə danışdılar. Qadın 5 min manat pulu onun-bunun evində xidmətçiliklə qazanıb. Sonra da zirzəmidə bankada gizlədib. Tanışlarından biri ondan borc istəyib və bu da "zirzəmi bank"(a)-ın qapısını açanda belə bir mənzərə ilə qarşılaşıb.
Düz deyiblər, kasıb pul tapdı, qoymağa yer tapmadı. Bəlkə də məmləkət insanının gözü 90-larda banklardan qorxmasaydı, bu gün hər kəs pulunu rahatca istənilən bir banka qoyardı. Nə isə..
Məndən soruşdular ki, hansı bank bu pulları dəyişə bilər? Məncə Milli Bank-dedim. Hər halda, ictimailəşdirməyi özümə borc bildim ki, vətəndaşa köməyimiz dəysin.
Leman Eleşrefqızı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru