"Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"

2-07-2024, 10:27           
"Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"
"Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"
“Velosiped və avtobus zolaqlarına daxil olmaqla bağlı 100 manat və 2 bal cərimə müəyyən edilib. Avtobuslara imkan yaradılır ki, fasiləsiz hərəkət etsin. Amma insanlar bundan sui-istifadə edirlər. 40 manat kifayət qədər ağır cəza idi. Birdən-birə bu cəzanın miqdarını 100 manat etdilər və 2 bal da əlavə edildi. İndi daha ağır oldu. Bu mexanizm necə işləyəcək? Bunu səmərəli şəkildə işlədə biləcəklərmi? Hər yerdə bu qaydanı pozanlara qarşı cəzalar tətbiq olunacaqmı? Məncə, mümkün deyil”…
Bu barədə Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzər ekspert Elməddin Muradlı danışıb. Ekspert qeyd edib ki, bir çox yerlərdə kamera olmadığına görə sürücülər zolaqdan səmərəli şəkildə özləri üçün istifadə edirlər və onlara heç bir cərimə yazılmır.

Elməddin Muradlı hesab edir ki, qanunu qəbul etmək asandır, bunun icra mexanizmini, tətbiqi formasını tapmaq çətindir. Ekspertin sözlərinə görə, ümumilikdə cəzalar sərtləşdikcə, sürücülərin böyük bir hissəsi çəkinir.

“Təəssüf ki, bəzən küçələrdə cəzalandırmaqla qorxudub qovduğumuz sürücülər məhəllə daxili ərazilərə üz tuturlar. İnsanlar artıq şikayət edir ki, küçələrdən qovulan sürücülər həyətlərə dolur. Uşaqlar oynaya bilmir, məhəlləyə girib çıxa bilmirik. Binada yaşayan sakin öz binasının qarşısında yer tapıb maşın saxlaya bilmir. Niyə? Çünki parklanmaya pul vermək istəməyən, yer tapa bilməyən, cəzalanmaqdan qorxan sürücülər var ki, gətirib maşınlarını başqasının həyətində saxlayırlar. Bax, problem budur. Elə məsələlərə diqqətlə yanaşmaq lazımdır. Maşını küçədən qovuruq, amma yer veririkmi? Sual budur. Vermirik! Vermədiyimizə görə də başqaları narahat olur…”-deyə ekspert bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.