İçtimai nəqliyyatda qiymətləri, az qala, 2 dəfə bahalaşdırdılar - yaxşı, bunun məntiqi nədir?!

3-07-2024, 09:54           
İçtimai nəqliyyatda qiymətləri, az qala, 2 dəfə bahalaşdırdılar - yaxşı, bunun məntiqi nədir?!
Çox qəribə hökumətimiz var, taksi xidmətini bilərəkdən bahalaşdırdılar, dedilər ki, məqsəd ictimai nəqliyyatdan istifadəni artırmaqdır - bu qərardan sonra, məntiqlə ictimai nəqliyyat daha əlçatan, daha keyfiyyətli olmalı idi.
Amma həmən də nəqliyyatda qiymətləri, az qala, 2 dəfə bahalaşdırdılar - yaxşı, bunun məntiqi nədir?!
İllərdir hökumətə deyirik ki, ictimai nəqliyyatda qiymət birdəfəlik gedişə görə tənzimlənmir, bu doğru deyil, birdəfəlik bilet 50 qəpik ola bilər, bu turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil də, ancaq zamanla məhdudlaşdırılan biletlər də olmalıdır - məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro ÖNCƏDƏN vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər, vətəndaşa da sərfəli olur. Amma kimə deyirsən, eşitmirlər...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru