Diş əməliyyatından sonra ölən 5 yaşlı Mirbəhramla bağlı - RƏSMİ AÇIQLAMA

3-07-2024, 08:40           
Diş əməliyyatından sonra ölən 5 yaşlı Mirbəhramla bağlı - RƏSMİ AÇIQLAMA
Dünən Nərimanov rayonunda yerləşən 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasında dişi əməliyyat olunan 2019-cu il təvəllüdlü Vəkilli Mirbəhram Mirqulam oğlunun halı pisləşib və o, həmin gün vəfat edib.
TƏBİB-dən Bakupost.az -a verilən məlumata görə, müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərilib, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatı həyata keçirilib.
Məlumata görə, azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib:
“Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.
Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb.
Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.
Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətirib. Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.
Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm sindiromu olub”.
Baş Prokurorluğun mətbuat xidmətindən saytımıza bildirilib ki, hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.