Respublika Pediatriya Mərkəzində nə baş verir? - İki aydır işçilərinə maaş vermir...

3-07-2024, 13:07           
Respublika Pediatriya Mərkəzində nə baş verir? -
Bakıda Respublika Pediatriya Mərkəzinin işçiləri iki aydır maaşlarını ala bilmirlər.

TEREF xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, keçmiş adı Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası olan müəssisə öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin icraatına verilib.

Daha sonra isə sözügedən xəstəxana Respublika Pediatriya Mərkəzinin icraatına verilib.

Xəstəxananın işçiləri TƏBİB-in tabeliyindəki KTMT-dən işdən çıxarılıblar. Onlar təzə qurumda rəsmi olaraq işə götürülmələrini gözləyirlər. Lakin proses iki aydır uzandığından işçilər əməkhaqlarını ala bilmirlər.

Qeyd edək ki, mərkəzin direktoru Azər Əhmədovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru