Nazirlik də İmişli RİH-ə SÖZ KEÇİRƏ BİLMİR... - AXI NİYƏ?
4-07-2024, 00:05
Müasir dünyamız və inkişaf etmiş və etməkdə olan dövlətlər qlobal istiləşməyə və ətraf mühitin ekoloji vəziyyətinin pozulmasına qarşı planetar səviyyədə ciddi mübarizə aparırlar. Belə bir ekoloji gərgin şəraitdə COP-29 kimi ümumdünya tədbirinin Bakıda kecirilməsi çox qürurvericidir. Eyni zamanda belə bir tədbir həm dövlət idarəetmə orqanlarının, həm də cəmiyyət üzvlərinin üzərinə yeni vəzifələr qoyur. Cəmiyyət üzvləri yekdil olmaqla, həmrəylik nümayiş etdirməklə ekoloji sahədə uğurlu nəticələr ala bilərlər. Məşhur alim Nils Bor demişkən əgər belə davam edərsə insanları tullantılar məhv edəcək.
Məlum olduğu kimi, insanı əhatə edən təbiətin vəziyyətini öyrənmək, eyni zamanda onu qorumaq hər bir cəmiyyət üzvünün borcudur. Bu gün Azərbaycanın bir çox müxtəlif ərazilərində, istər kənd, istər şəhərdə ətraf mühitin kobud şəkildə çirklənməsi halları mövcuddur. Əhali hara gəldi məişət və digər tullantıları atır təbiətə ciddi ziyan vururlar. Tullantıların miqdarı artdıqca, xüsusilə təhlükəli tullantıların idarə edilməsində strategiyaların hazırlanması getdikcə daha vacib məsələyə çevrilir.
Paytaxtda və bölgələrdə sakinlər tullantıları atmaq üçün ayrılmış zibil qutuları tapmadığından onları ya evlərin, həyətlərin kənarına atırla. Ya da ki, həyətdə torpağa basdırır və yaxud yandırırlar. Çoxmərtəbəli binalarda isə sakinlər tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları hələ də özünü göstərir. Bu barədə isə ETSN-nin əməkdaşlarının aidiyyatı qurumlara müraciətləri havada qalır. Göstərilən ərazilərdə zibil poliqonları hər gün yandırılaraq ətraf mühitə əsas isə atmosferə mühüm dərəcədə ziyan vurur. Zibil poliqonlarının ətrafı əhatəyə alınmır. Zibillərin bu formada yandırılıb məhv edilməsi prosesinə heçbir qurum nəzarət etmir və getdikcə vəziyyət daha da ağırlaşır. Bu barədə aiddiyatı qurumlar heçbir təklif vermir heçbir plan hazırlayıb həyata keçirmir.
Ekologiya.az xəbər verir ki, 3 saylı Regional Ekologiya İdarəsi zibil poliqonlarının yandırılması ilə bağlı dəfələrlə İmişli rayonunda aiddiyatı üzrə məktublar göndərilməsinə baxmayaraq heç bir nəticə olmayıb. Məişət tullantılarının düzgün idarə olunmaması və zibil poliqonlarının yandırılması ilə bağlı İmişli rayonu ərazisindəki Mənzil Kommunal Təsərrüfatı İdarəsinə cərimələr tətbiq edilərək xəbərdarlıqlar edilmişdir.
Dəfələrlə ETSN-nin sözçüsünün və medianın tullantılarla bağlı maarifləndirici çıxışları göz qarşısındadır. Amma nədənsə yenə də aidiyyatı qurumlar bu işdə heç bir addım atmaq istəmirlər. Bu barədə geniş video reportajımız olacaqdır.
EKOLOGİYA.Az bildirir ki, zibil poliqonlarının ətrafı bağlı və növbətci olmalıdır. Nədənsə rayon İcra hakimiyyətləri və Mənzil Kommunal Təsərrüfatı İdarələri məişət tullantılarının idarə olunmasında zibil poliqonlarının yenilənməsində maraqlı deyil. Növbəti reportajımız Göyçay, Kürdəmir, Ucar rayonlarının zibil poliqonları ilə bağlı olacaq