Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI
4-07-2024, 18:06
Mingəçevir şəhər sakini Səmədov Vəliyəddin Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidova müraciət edən şikayətçi yazır:
“Yazıb Sizə bildirirəm ki, 2005-2012-ci illərdə Şəki Pedaqoji Kollecində şöbə müdiri işləyən, 2012-ci ildə rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilən və 4 il həbsdə yatan Nəriman Səmədovun oğlu Vahid Səmədov kapitan rütbəsində Müdafiə Nazirliyin sturukturunda işləyir. Bu necə ola bilir ki, ölkənin ən strateji nazirliyində belə bir hala yol verilir.
29 iyun 2012-ci ildə Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, Şəki Pedaqoji Kollecinin şöbə müdiri Səmədov Nəriman Vahid oğlu 2012-ci ilin aprelində kollecin məzunu Qəbələ rayon sakini Vüsalə Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsinə görə qayınatası M.Həmidovdan 500 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Nəriman Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək götürülüb. Fakta görə N. Səmədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. N. Səmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nəriman Səmədovun oğlu kapitan Vahid Səmədov öz tərcümeyi-halında atasının və yaxın qohumlarının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məlumatları gizləyib və bununla da dövlətini aldadıb. Bəs necə olub ki, dövləti cinayətdə ittiham olunaraq həbsdə yatan Nərimanın oğlu orduda - starteji bir nazirliyin tabeliyində xidmət edir? Hələ bu azmış kimi, kapitan Vahid Səmədov hansı qurumda çalıdığının məsuliyyətini dərk etməyərək, 2020-ci ildə “instagram” sosial şəbəkəsi üzərindən xarici ölkə vətəndaşı olan Məsumə adlı xanımla tanış olmuş, onunla uzun müddət mütəmadi əlaqəyə girərək qeyri-etik (intim) yazışmalar aparmışdır. Bu isə Müdafiə Nazirliyinin daxili təhlükəsizlik idarəsi tərəfindən araşdırılmış və fakt təsdiqini tapmışdır. Amma nazirlik tərəfindən bu iş ört-basdır edilmişdir. Niyə?
Sizdən xahiş edirəm ki, Səmədov Vahid Nəriman oğlunun Azərbaycan Ordusunun adına gətirdiyi ləkəyə görə, 44 günlük Vətən savaşında döyüşdən yayındığına və hərbi nizamnamə qaydalarını kobud şəkildə pozduğuna görə müvafiq qaydada cəzalandırılması üçün göstəriş verəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm”.