Ailənin xəstə üzvünə xidmət etmək üçün də işçilərin xəstəlik vərəqəsi almaq hüququ var

6-07-2024, 11:40           
Ailənin xəstə üzvünə xidmət etmək üçün də işçilərin xəstəlik vərəqəsi almaq hüququ var
Ailənin xəstə üzvünə xidmət etmək üçün də işçilərin xəstəlik vərəqəsi almaq hüququ var:
Ailənin xəstə üzvünə xidmət etmək üçün işçiyə xəstəlik vərəqəsi,ailə üzvü olan xəstəni müalicə edən həkim tərəfindən verilir.
14 yaşı tamam olmuş və ya ailənin böyük yaşlı xəstə üzvünə qulluq etmək üçün xəstəlik vərəqəsi, qulluq edilməməsi - xəstənin həyatı və sağlamlığı üçün təhlükə törətdikdə və ya xəstəni xəstəxanaya qoymaq imkanı olmadıqda verilir.
Ailənin belə xəstə üzvünə qulluq etmək üçün verilən xəstəlik vərəqəsinin müddəti 7 gündən artıq olmamalıdır. Bu müddət yalnız müstəsna hallarda xəstəliyin ağırlığından və ya məişət şəraitindən asılı olaraq müalicə həkimi tərəfindən baş həkimlə birlikdə, ümumiyyətlə isə 10 təqvim günündən çox olmayaraq uzadıla bilər.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.