İçərişəhərdə tikinti aparılır, aidiyyəti qurum tapılmır

7-07-2024, 11:14           
İçərişəhərdə tikinti aparılır, aidiyyəti qurum tapılmır
Bakıda İçərişəhər ərazisində qala divarlarının bir neçə metrliyində iaşə obyektinin tikintisi işləri aparılıb.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunur ki, İçərişəhərdəki qala divarlarının qarşısında restoran fəaliyyəti göstərilməsi üçün qanunsuz tikinti işi aparılır. Bu, qala divarlarının qarşısının kəsilməsinə və onsuz da gediş-gəlişin sıx olduğu ərazidə daha böyük hərəkət məhdudiyyətinin yaranmasına səbəb olacaq.
Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, ərazi qoruğa aid deyil.
Səbail Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, koordinatlarla həmin ərazi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati ərazisinə aiddir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.