Bir qayda olaraq, belə bir fikir formalaşıb ki, ...
8-07-2024, 09:54
Bir qayda olaraq, belə bir fikir formalaşıb ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saat müəyyən edilib. Lakin, elə peşə və vəzifələr vardlr ki, onlarda daha az həftəlik iş norması nəzərdə tutulur . Belə ki, AR-nın Əmək Məcəlləsinin 91-93-cü maddələri, eyni zamanda AR-nın Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmiş: "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin" Siyahısına (adları bu siyahıda olan) əsasən: Bu səbəblərlə əlaqədar peşə və vəzifələrinin adları bu siyahıda olan işçilərin: 24, 33 və ən çoxu36 saat qısaldılmış işhəftəsində işləmək hüquqları var. Azər Quliyev. TErEF