Ləl-Cəvahirat Fonduna 1992-ci ildə 65 kq təmiz əyarlı qızıl verən Balakən sakini KİMDİR ? - İLGİNC

8-07-2024, 12:24           
 Ləl-Cəvahirat Fonduna 1992-ci ildə 65 kq təmiz əyarlı qızıl verən Balakən sakini KİMDİR ? - İLGİNC
1992-ci ildə yaradılmış Ləl-Cəvahirat Fondu barədə 30 ildir müzakirələr, qarşılıqlı ittihamlar davam edir.

Məlumat üçün qeyd edək ki, mediada gedən və rəsmi şəxslərin dediyinə görə Fondda 2 -4 ton qızıl olub. Hətta sabiq deputat Fərəc Quliyev 9 ton olduğunu öz müshibəsində qeyd edir.

Bu qədər qızılın mənbəyi barədə isə kimlərinsə Fonda verdiyi ÜZÜK, SIRĞA, BOYUNBAĞI göstərilir.

Axı üzük, sırğa, boyunbağı ilə nəinki 9 ton, 2-4 ton, heç 1 ton qızıl toplamaq mümkün deyildi.

Mediada yayılan xəbərlərdə Azərbycan vətəndaşı olan Balakən sakininin 1992-ci ildə Fonda 65 kiloqram yüksək əyarlı qızıl verdiyi də qeyd olunur.

Görəsən özəl biznesin hələ yaranmadığı 1992-ci ildə Balakən sakinində 65 kiloqram, özü də yüksək əyarlı qızıl haradan idi ? Və o nə üçün 65 kiloqram qızılı Fonda verib? Ümumiyyətlə, bu vətəndaşın kimliyi dövlət sirridirmi..?

Yazının girişində qeyd etdiyimiz kimi bu məsələlər 30 ildir müzakirə olunur. Hətta Milli Məclisdə müzakirə zamanı vitse-piker Ziyafət Əsgərov deyib ki, Fondla bağlı Komissiya yaradılmasını bəyənir.

Amma bu müzakirələr, qarşılıqlı ittihamlar bitmək bilmir.

Tərəflər bir-birini Fondu talamaqda ittiham edir.

NUH.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru