Bakının hansı küçələrində sıxlıq var?

8-07-2024, 09:26           
Bakının hansı küçələrində sıxlıq var?
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Ziya Bünyadov prospekti, Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

7. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.