Azərbaycanda il ərzində 2,3 milyard manatlıq su itkiyə gedib - MALƏSƏF...

9-07-2024, 10:04           
Azərbaycanda il ərzində 2,3 milyard manatlıq su itkiyə gedib - MALƏSƏF...
Ötən il Azərbaycanda ümumilikdə 9 milyard 772 milyon kub metr su istifadə olunub.

Yeniavaz.com xəbər verir ki, istifadə olunan suyun 74%-i və ya 7 milyard 207 milyon kub metri suvarmaya sərf olunub.
Bundan başqa suyun 342,7 milyon kub metri (3,5%-i) məişətdə (içməli), 2 milyard 145 milyon kub metri (22%-i) isə istehsalat sahələrində istifadə olunub.
Onu da qeyd edək ki, il ərzində 3 milyard 34,4 milyon kub metr su nəql zamanı itkiyə gedib. Açıqlanan rəqəmlərdən də göründüyü kimi itkiyə gedən su istifadə olunan suyun 31%-nə bərabər olub.
Aşağıdakı cədvəldə son 6 ildə sudan istifadə, itkilər və itkiyə gedən suyun istifadə olunan suya nisbəti göstərilib:

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda suyun orta satış qiyməti 0,77 manata bərabərdir (əhali 0,6-0,7, qeyri-əhali 1 manat). Suyun orta satış qiyməti ilə hesablama aparsaq, il ərzində itkiyə gedən suyun dəyəri (3 034 000 x 0,77) 2 milyard 336 milyon manata bərabər olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru