Texniki Universitetinə qəbul olan şəxslərin diqqətinə: sənəd qəbulu elektron qaydada olacaq

9-07-2024, 10:08           
Texniki Universitetinə qəbul olan şəxslərin diqqətinə: sənəd qəbulu elektron qaydada olacaq
Yeni tədris ilindən Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olan şəxslərdən kağız daşıyıcıda sənəd tələb olunmayacaq.

AzFakt.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətinin portal.edu.az platforması üzərindən həyata keçirildiyi və lazımi məlumatların elektron qaydada təmin edildiyi əsas götürülərək qəbul olunub.

Qeyd edək ki, artıq 3 ildir, ali təhsil müəssisələrinə qəbul olan şəxslər sənədlərini elektron formada, www.portal.edu.az xidməti vasitəsilə təqdim edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru