Azərbaycanda iyunda un, makaron, mal və qoyun ətinin qiyməti bahalaşıb - RƏSMİ

11-07-2024, 16:37           
Azərbaycanda iyunda un, makaron, mal və qoyun ətinin qiyməti bahalaşıb - RƏSMİ
Azərbaycanda iyunda un, makaron, mal və qoyun ətinin qiyməti bahalaşıb
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofda olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunmuşdur.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru