Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər

13-07-2024, 18:34           
Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər
Yüksək iqtisadi artım templəri nümayiş etdirən Hindistan əvvəllər düşünüldüyü kimi, 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər.

Hindistan Ehtiyatlar Bankının rəhbərinin müavini Maykl Debabrata Patra jurnalistlərə bildirib ki, respublikanın 2060-cı ilə qədər ən böyük iqtisadiyyata çevrilmək imkanı da var.

"Hindistanın özünəməxsus güclü tərəflərini nəzərə alsaq, ölkənin 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcəyini və 2060-cı ilə qədər dünyanın ən böyük iqtisadiyyatı olacağını demək olar", - Patra bəyan edib.

O, bildirib ki, ölkə 2030-cu ilə qədər mal və xidmətlərin ixracını hazırkı 768 milyard dollardan 1 trilyon dollara çatdırmaq üçün səyləri artırmalıdır.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru