Əhməd Əhmədzadənin sevimlisi olmuş "Şamxal -86" BAŞ İDARƏNİ MƏHKƏMƏYƏ VERDİ - 207 min AZN-ə görə

22-07-2024, 12:08           
Əhməd Əhmədzadənin sevimlisi olmuş "Şamxal -86" BAŞ İDARƏNİ MƏHKƏMƏYƏ VERDİ - 207 min AZN-ə görə
"ŞAMXAL-86" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsini məhkəməyə verib.
MMC Şəki İnzibati Məhkəməsinə baş idarə ilə bağlı müraciət edib.
Hakim Vüqar Musayevin sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.
"Şamxal-86" MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Hazırda şirkətin vergi borcu 207698.99 AZN təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 11385.40 AZN olan MMC-nin qanuni təmsilçi Nahid Əliyev Zahid oğludur.
Xatırladaq ki, mediada gedən məlumatlara görə, "Şamxal-86" MMC Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin dəfələrlə milyonluq tenderlərin qalibi olub.

Əhməd Əhmədzadənin sevimlisi olmuş "Şamxal -86"BAŞ İDARƏNİ MƏHKƏMƏYƏ VERDİ - 207 min AZN-ə görə
//32gun.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru