“Rahat“ market saxlama müddəti ötmüş məhsullar satıb - Protokola Xankəndi məhkəməsində baxılacaq

Bu gün, 00:05           
“Rahat“ market saxlama müddəti ötmüş məhsullar satıb - Protokola Xankəndi məhkəməsində baxılacaq
"ANC Group" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (İstehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Xankəndi Şəhər Məhkəməsinin hakimi İlkin Abdullayevin icraatındadır. Baxış iclası oktyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir. Ölkədə məşhur "Rahat" supermarket də bu qrupa daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.