Kremldən narahatedici açıqlama: Putinin gizli Bakı PLANI

Bu gün, 18:28           
Kremldən narahatedici açıqlama: Putinin gizli Bakı PLANI
Azərbaycan bir müddətdir ev sahibliyi edəcəyi COP29 sammitinə hazırlaşır. Tədbirin baş tutmasına bir aya yaxın vaxt qalıb. Bu kontekstdə ölkəyə dəvət olunan dövlətlər arasında Rusiya da yer alır. Oktyabrın 15-də Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçiriləcək COP29 tədbirində iştirakı ilə bağlı hələ qərar qəbul edilməyib.

Putin Bakıya səfər edəcək? Gəlməsə bu, Rusiya-Azərbaycan münasibətlərinə necə təsir göstərər?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, COP29 BMT-nin nəzarətində olan tədbirdir:

“Azərbaycan bu tədbirə ev sahibliyi etməklə beynəlxalq aləmə nümayiş etdirmək istəyir ki, ölkəmiz dünyada iqlim dəyişikliyi ilə bağlı yaranmış təhlükəyə biganə deyil. Beləliklə, mütəxəssislərin SOS siqnalına cavab verir. Rəsmi Bakı iqlim dəyişikliyi istiqamətində yaranmış problemlərin aradan qaldırılması üçün bir çox ölkəni COP29 sammitində iştirak etməyə dəvət edib”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Rusiya arasında dostluq münasibətləri var:

“Rusiya prezidentinin COP29 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Kreml rəsmilərinin verdiyi məlumata görə, Rusiya bu sammitdə iştirak edəcək. Bu konfransa biganə qalmayacaq.

Azərbaycan-Rusiya münasibətləri COP29 tədbiri ilə müəyyən edilmir. Rəsmi Bakı və Moskva arasında münasibətlər son illər çox inkişaf edib. 2022-ci ilin fevral ayının 22-də iki ölkə prezidenti dostluq və əməkdaşlıq sazişi imzalamaqla bu münasibətləri daha da yaxınlaşdırıb və strateji mərhələyə daşıyıb. Bu sazişdə bir çox istiqamətlərə, o cümlədən ekoloji problemlərin aradan qaldırılması kimi məsələlərə də xüsusi diqqət ayrılıb. Ona görə də Vladimir Putinin Bakıya gəlib-gəlməməsindən asılı olmayaraq iki ölkə arasında münasibətlər inkişaf etməkdə davam edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.