Dünya yeni siyasi sistemə “hamilə”dir
16-10-2024, 17:38
Dünya yeni sistemin doğuluşuna “hamilə”dir. Hər dəfə olduğu kimi, bu dəfə də dünyanın hamiləlik prosesi ağrılı, acılı, hərarətli keçir. Müddəti uzanır, həyəcanı artır.
Günümüzə qədər dünya bir neçə dəfə “hamilə” olub və qədim dövrlərdən müasir günümüzə qədər bir neçə dəfə “doğuş” həyata keçirib. Hər dəfəsində yeni doğulmuşlara müxtəlif adlar vermişik - burjuaziya, feodalizm, kapitalizm, nasizim, sosializm və s. Ən son doğulanlara kapitalizm və sosializm adı vermişdik. Ancaq sosializm vaxtından əvvəl dünyadan köçdüyü üçün bütün meydan kapitalizmə qalmışdı. O isə demokratiya, liberalizm adı ilə hegemonluq eləməyə başlamışdı ki, bu hegemonluq artıq çoxlarımızı incidir.
İndi dünya yenidən “hamilə”dir, bu hamiləliyin son dopler testləri yaxın zamanda BRİCS+ un kazan sammitində keçiriləcək. Yeni doğulacaq körpənin beyni kim, ürəyi kim, əsas funksional orqanları kimlər olacağı məsələsinə aydınlıq gətiriləcək. Yeni doğulacaq sistemin adının nə olacağı hələ bilinməsə də, onun əsas funksiyası alternativ güc mərkəzinin formalaşdırılması olacağı aydındır.
Bakıda keçiriləcək COP 29 sammiti də dünyanın yeni doğuşundan öncə önəmli addım olacaq. COP 29 həm də köhnə sistemlə yeni sistemin əsas ortaq istifadə sahələrini müəyyənləşdirəcək.
Köhnə dünya ilə yeni dünya əsasən aşağıdakı məsələlərdə ortaq mövqeyə gəlməlidirlər.
- Süni intellektdən istifadə edərək , səmərəliliyini artırmalı və tullantıları azaltmalı
- Bərpa olunan enerji mənbələrinə investisiya yatırarkən xərcləri azaltmalı və ekoloji davamlılığı təmin etməli
- Karbon izini azaltmalı və ekoloji cəhətdən təmiz texnologiyaya investisiya qoyaraq davamlılığı inkişaf etdirməli
- Gəlir bərabərsizliyini azaltmalı və insanlara ədalətli əmək haqqı, imkanlar verərək təhsil və səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırmalı
- Qlobal problemlərlə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməli
Bir sözlə, BRİCS+ Kazan sammiti yeni doğulacaq sistem üçün dopler muayinəsi olacaqsa, COP 29 yeni və köhnə sistemin ortaq istifadə sahələrini müəyyən etməklə birgə addımlar üçün cığır açacaq.
Агиль Мамедов
TEREF