TƏBİB deputatın oğluna məxsus obyekti 1,17 milyon manata icarəyə götürdü - Başqa nə cür olmalı idi ki...

16-10-2024, 18:37           
TƏBİB deputatın oğluna məxsus obyekti 1,17 milyon manata icarəyə götürdü - Başqa nə cür olmalı idi ki...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzinin icarəyə götürdüyü dərman anbarının müqavilə müddəti uzadılıb.

İqtsadiyat.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-lə obyektin sahibi fiziki şəxs Cavanşir Orxan Cavanşir oğlu arasında daha bir il müddətinə 1 176 000 manat dəyərində müqavilə bağlanılıb.

Paytaxtın Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanında yerləşən ofis və anbar kompleksinin aylıq icarə haqqı isə 98 000 manat müəyyənləşib. Müqavilə məbləğindən məlum olur ki, icarə haqqının dəyəri son dörd ildə dəyişməz olaraq qalır. Belə ki, əvvəlki illərdə də anbarın bir illik icarə haqqı yuxarıda qeyd olunan məbləği təşkil edib.

Ümumi sahəsi 12,552.30 m2-ə malik olan obyekt artıq bir neçə ildir ki, TƏBİB-in dərman preparatlarının saxlanıldığı anbar kimi istifadə olunur.

Xatırladaq ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan Cavanşir oğlunun Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu olduğu barədə mətbuatda təkzib edilməz məlumatlar dərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru