Türkiyədə zəlzələ riskli bölgələr - SİYAHI

Bu gün, 00:08           
Türkiyədə zəlzələ riskli bölgələr - SİYAHI
Malatyanın Kale rayonunda baş verən 5,9 bal gücündə zəlzələdən sonra Türkiyədə zəlzələ riski olan bölgələr müzakirə edilməyə başlayıb.

İqtisadiyyat.az NTV-yə istinadən xəbər verir ki, yerli əhalini ən çox maraqlandıran məsələ onların yaşadığı ərazinin həmin riskli bölgəyə daxil olub-olmamasıdır.

Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) tərəfindən təqdim olunan xəritədə ən riskli bölgələrin adları göstərilib.

Həmin xəritə ilə bağlı məlumatı təqdim edirik:

Birinci dərəcəli riskli bölgələr
İzmir, Balıkəsir, Manisa, Muğla, Aydın, Dənizli, Isparta, Uşak, Bursa, Biləcik Yalova, Sakarya, Düzce, Kocaeli, Kırşehir, Bolu, Karabük, Hatay, Bartın, Çankırı, Tokat, Amasya, Çanaqqala, Ərzincan, Tunceli, Bingöl və Muş, Hakkari, Osmaniye, Kırıkkale və Siirt.

İkinci dərəcəli riskli bölgələr
Tekirdağ, İstanbul (1-ci və 2-ci Region), Bitlis, Kahramanmaraş, Van, Adıyaman, Şırnak, xüsusilə Zonguldak, Tekirdağ, Afyon, Samsun, Antalya, Ərzurum, Qars, Ardahan, Batman, Iğdır, Elazığ, Diyarbakır, Adana, Əskişəhər, Malatya , Kütahya, Çankırı, Uşak, Ağrı və Çorum.

Üçüncü dərəcəli riskli bölgələr
Eskişehir, Antalya, Tekirdağ, Ədirnə, Sinop, İstanbul, Kastamonu, Ordu, Samsun, Giresun, Artvin, Şanlıurfa, Mardin, Kilis, Adana, Qaziantep və Kahramanmaraşın bəzi hissələri, Sivas, Gümüşhane, Bayburt, Kayseri, Yozgat , Çorum, Ankara , Konya, Mersin və Nevşehir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.