Qobustanın Nərimankənd kəndinin icra nümayəndəsi sakinləri zorakılıqla Avropa Məhkəməsinə etdikləri müraciəti geri götürməyi tələb edir
16-10-2024, 17:06
Qobustan rayonu, Nərimankənd kənd sakinlərindən iddiaçılar-Əlikram Cahangirovun, Namiq Alkişiyevin, Mirəli Şıxəliyevin, Elman Məmmədovun, Abdullayev Tofiq və Babayar Hümbətovun nümayəndəsi Həmidov Məmməd Əhməd oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və mətbuat orqanlarına müraciət ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Hüqularını müdafiə etdiyim şəxslərin təzyiq olunaraq və aldadılaraq mülkiyyətlərində olan pay torpaqlarından əsassız olaraq imtina etmələri” barədə imzaladıqları tərtib olunmuş saxta izahatın (barışıq sazişinin) ləğv olunması” barədə aidiyyatı üzrə respublikanın direktiv orqanlarına göndərilmişdir.
İstər sakinlərin, istərsə də onların nümayəndəsinin yazdıqları ərizədə adları qeyd edilən vətəndaşlar əvvəlcə kəndin Rəhimov Səid Çingiz oğlu olan icra nümayəndəsi tərəfindən aldadılaraq guya onlara məxsus olan kənd təsəsrrüfatlı pay torpaqların kateqoriyasının dəyişilməsinə icazə verilməsi üçün özlərinin tərtib etdikləri saxta izahatı imzaları ilə təsdiq etdirmək istəmişlər. Bu yalanın işə yaramadığını görən icra nümayəndəsi onların evlərinə gedərək təzyiq etdikləri bildilmişdir. Məsələ ilə əlaqədar bir neçə kənd sakini ilə əlaqə saxladıq. Onlar baş verənləri bir daha təsdiq etdilər.Kənd sakini Tofiq Abdullayev də təsdiq etdi ki, onun da 0.60 ha torpaq sahəsinin guya kateqoriyasının dəyişilməsi üçün imza etdiriblər. Amma sonradan biləndə ki, onu dələduzcasına aldadıblar çox peşiman olmuşdur. Xatırladaq ki, Nərimankənd kənd sakinlərinə dövlət tərəfindən əvəzzsiz olaraq verilmiş pay torpaqları 2004-cü ildən sonra rüşvətxor İcra başçısı olmuş İsmayıl Vəliyev tərəfindən ayrı ayrı fiziki şəxslərə qanunsuz olaraq satılmışdır. Torpaqların bir hissəsi üzərində isə bir neçə inzibatı binaların tikintisinə icazə vermişdir. Halbuki, belə olan halda torpaqlar qanunvericilik əsasında dövlət tərəfindən əvəzi ödənilməklə geri alınması qaydası həyata keçməli idi. Bu baş vermədiyinə görə mülkiyyətlərindən qanunsuz məhrum edilmiş sakinlər məhkəmələrə üz tütmüşlar. Hadisələrin sonrakı inkişafı barədə sakinlərin məhkəmə instansiyalarında nümayəndəsi olmuş Məmməd Həmidov sakinlərin ərizələrinin yazılma motivi haqında yuxarı orqanlara müraciət etmişdir.
Məlumat üçün bildirim ki, məhkəmə orqanlarında hüquqlarını müdafiə etdiyim Qobustan rayon Nərimankaənd sakinlərindən bir qrupunun maraqlarının qorunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Rüstəmovun qanunazidd hərəkətlərindən hələ 2015-ci ildə aidiyyatı üzrə yuxarı orqanlara şikayətlər vermişdim.
Və şikayətimdə əsaslandırmışdım ki, iddiaçılar – Cahangirov Əlikram İsmi oğlunun mülkiyyətində olan 60 sot torpaq sahəsi zəbt edilmiş, Alkişiyev Namiqin mülkiyyətində olan 48 sot torpaq sahəsi.Hümmətov Rəfail Babayar oğlunun mülkiyyətində olan 48 sot torpaq sahəsi, Məəmədov Elman Rüstəm oğluna məxsus 48 sot torpaq sahəsi, Şıxəliyev Mirəli Nuralı oğluna məxsus 72 sot torpaq sahəsi iddiaçıların xəbəri və razılığı olmadan cavabdeh Qobustan Rayon İcra Hakimiyyətinin ( başçı olmuş İsmayıl Vəliyev)qanunsuz göstərişilə 2004-cü ildə zəbt olunmuşdur. Digər cavabdeh Qobustan Şəhər Bələdiyyəsinin ( sədr olmuş Vasif Novruzov) saxta qərarları ilə iddiaçılara məxsus pay torpaq sahələri hissə-hissə satılıb və mənimsənilmişdir. Yəni, iddiaçılar faktiki olaraq dövlət aktı sənədi olan mülkiyyətlərindən məhrum edilmişlər. Bununla bağlı şikayətçılər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişlər və onların şikayətlərinə ƏRİZƏ N- 75533/11 ABDULLAYEV and others v. AZERBAİJAN və ƏRİZƏ N- 73530/11 JAHANGİROV and others v. AZERBAİJAN qovluq nömrəsi verilmiş və hal-hazırda Avropa Məhkəməsində baxılmaqdadır və sonuncu mərhələdədir.
Şikayətçilər həm də Qobustan rayon icra Hakimiyyətinə və Qobustan Bələdiyyəsinə qarşı “Dövlət ehtiyacları üçün mülkiyyətin özgənikiləşdirilməsi zamanı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışlar. İddiada cavabdehlər iddiaçılara məxsus torpaqların mənimsənilib müxtəlif dövlət idarələrinə və vətəndaşlara verdiklərinə görə bütün məsuliyyəti daşımalı olduqları qeyd edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qətnaməsilə cavabdehlər Qobustan rayon İcra Hakimiyyəti və Qobustan bələdiyyəsi tərəfindən müştərək qaydada Cahangirov Əlikrama dövlət qurumları tərəfindən istifadə olunan 0,234 ha torpaq sahəsinə görə 14040 manat, Elman Məmmədova 0.15 ha torpaq sahəsinə görə 9000 manat, Alkiyşiyev Namiqə dövlət qurumları tərəfindən istifadə olunan 0,196 ha torpaq sahəsinə görə 11760 manat, Şıxəliyev Mirəliyə 0.267 ha torpaq sahəsinə görə 16020 manat ödənilməsi, Abdullayev Tofiq və Babayar Hümbətovun iddialarının isə təmin edilməməsi qət edilmişdir.
Cavabdehlər AR Maliyyə Nazirliyi, Qobustan rayon İcra Hakimiyyətinin, Qobustan Bələdiyyəsinin kassasiya şikayətləri Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARI ilə təmin edilməmiş, iddiaçıların kassasiya şikayətləri isə qismən təmin edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105) -03 saylı 29 yanvar 2015-ci il tarixli iddianın təmin edilməyən hissələrində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Çox təəssüflər olsun ki, Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARI indiyədək Sumqayıt Apellyasiya məhkəməsinin sədrlik edən hakimi Elman Rəhimov tərəfindən bu günədək qəsdən icra edilmir.(icra vərəqəsi verilmir) Hakim Ali Məhkəmə Qərarının icra edilməli olan hissəsinin icraatına imkan verməməsinin səbəblərini də izah etməkdə çətinlik çəkir.
Biz o zaman hakim Elman Rəhimova hazırda qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARInın icra olunması üçün süni maneçilik törətməsinin qanunazidd olmasını izah etmiş və Qrarın icraya yönəlməsini aidiyyatı orqanlardan xahiş etmişdik. 2019-cü ildə nəhayət, ƏN-nin icra orqanları tərəfindən Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARInın icrası zamanı konkret pul kompensasiyasının ödənilməsi qeyd edilmiş vətəndaşlara pul əvəzinə hər birinə 1 və 2 pay olmaqla ( 6 sot) həyətyanı torpaq sahəsi təklif edilmişdir. Həmin torpaq sahələrinin hamısı sənədsiz olmuş və hansı mülkiyyət tipinə aid olması məlum olmamışdır. Bir sözlə, yerli İcra Hakimiyyəti Ali Məhkəmənin məlum 2015-ci ildə verdiyi qərarını 2019-cu ildə formal olaraq “həyata keçirmişdir. Yəni, pul təzminatı əvəzinə ayrılan torpaq sahələri vətəndaşlara rəsmi qaydada bu günədək verilməmişdir.
Cari ilin iyul ayında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmiş 7 nəfər şəxsin torpaq iddiası ilə bağlı 2024-cü ilin sentyabrında verilməsi gözlənilən yekun qərarın qarşısının alınması üçün Qobustan rayon İcra Hakimiyyətinin Nərimankənd icra nümayəndəsi Səid adlı məmuru iyulun 24-27 arası hər bir şikayət vermiş Nərimankənd sakinlərinin evinə getmiş və hazır kompüterdə yazılmış blankadakı İZZAHAT da “torpağın kateqoriyasının dəyişdirilməsi” adı ilə aldadaraq onlara guya iddia etdikləri 0.48 ha pay torpaq sahəsinin əvəzinə onlara eyni ölçüdə və kateqriyada torpaq sahəsinin ayrılması barədə barışıq sazişi imzalatdırmışlar. ( sənəd əlavə edilir.)
Halbuki bu adamların heç biri latın qrafikasında yazıb oxuya bilmədiklərinə və savadsız olduqlarına görə heç bir əsası olmayan izahatı müxtəlif təzyiqlər göstərməklə yazdırmaqla onların Avropa Məhkəməsinə verdikləri şikayətin geri götürülməsini hədfləmişlər.
Sakinlərin verdikləri məlumatdan və təqdim etdikləri əlyazma ərizələrində də 5 nəfər bir daha təsdiq edirlər ki, onların evinə gəlib aldadıblar və torpağın kateqoriyasının dəyişilməsi adı altında özləri tərtib etdikləri izahatı barışıq sazişi kimi imzalatdırmış , lakin izahatda göstərilən 0.48 və ya 0.60 ha torpaq sahələrini faktiki olaraq onlara verməmişlər. 2019-cu ildə isə onların hər birinə 6 və ya 12 sot olmaqla haradansa mülkiyyət növü məlum olmayan torpaq sahəsini şifahi olaraq göstərmişlər ki, guya bu sahə onlarındır və 2015-ci il Ali Məhkəmənin məlum qərarının icrasından ötrü verilmişdir. 1 həftə öncə yazdırdıqları izahatda qeyd edilən torpaq sahələri isə vətəndaşlara nə natura formasında, nə də rəsmi sənədlə bu günədək təqdim edilməmişdir. İcra nümayəndəsi Səid vətəndaşlara qarşı hədə-qorxu gəlməklə, torpağın təyinatının dəyişdirilməsi adı altında onlara faktiki pay torpaqlarının əvəzinə guya həmin ölçüdə və kateqoriyada torpaqla əvəzlənməsi kimi izahata imza etdirməklə cinayət törətmiş və dövlət qurumlarına yalan və saxta məlumat vermişdir.
Vətəndaşlar- Namiq Alkişiyev, Elman Məmmədov, Miralı Şıxəliyev, Qızıllı Süleymanova və Həmişə Novruzova əlyazma ilə yazdıqları və imzaladıqları 01 avqust 2024-cü il tarixli ərizələrində aidiyyatı dövlət qurumu rəhbərliyinə rəsmi müraciət edərək 1 həftə öncə onlara təzyiqlə imzaladılmış izahatdan ( barışıq sazişinin) imtina edirlər və onun ləğv edilməsini xahiş edirlər. Nümayəndə olaraq hesab edirəm ki, vətəndaşların ərizələrində yazlan və ona əlavə edilmiş videomüraciət və saxta izahat nümunəsində qeyd edilənlərə əsasən barışıq sazişi( izahat) ləğv edilməlidir. Xahiş edirəm, nümayəndəsi olduğum Qobustan rayon Nərimankənd sakinlərinin ərizələri nəzərə alınsın.
Aktualinfo.org
P.S. İnanırıq ki, bu dəfə Qobustan rayon, Nərimankənd sakinlərinin başına gətirilən özbaşnalıqlara son qoyulacaq, onlara məxsus pay torpaqlarının heç bir faktiki və hüquqi əsas olmadan aldadaraq. müxtəlif təzyiq üsullarından istifadə edərək mülkiyyətlərindən məcburi məhrum etdikləri saxta sənədləşməyə tezliklə hüquq -mühafizə orqanları tərəfindən hüquqi qiymət veriləcək və cinayətkar dəstə üzvləri öz layiqli cəzalarını alacaqlar.