“Expressbank”ın faiz gəlirindəki azalma 8 milyon manatı ötüb

17-10-2024, 00:10           
“Expressbank”ın faiz gəlirindəki azalma 8 milyon manatı ötüb
“Expressbank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə cari ilin əvvəli ilə müqayisədə “Expressbank”ın həm faiz gəliri, həm də faiz xərcləri azalıb.

Belə ki, cari ilin 3-cü rübündə “Expressbank”ın faiz gəlirləri 49.640 milyon manat təşkil edib.

2024-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 57.670 milyon manat olduğunu nəzərə alsaq, 8.030 milyon manatlıq azalmanın olduğunu görərik.

“Expressbank”ın faiz xərcləri isə 2024-cü ilin 3-cü rübündə 4.516 milyon manat azalaraq 14.086 milyon manat təşkil edib.

Cari ilin əvvəlində bankın faiz xərcləri 15.516 milyon manat olub.

2024-cü ilin 3-cü rübündə “Expressbank”ın dövr üzrə xalis mənfəəti 2.840 milyon manat azalaraq 9.175 milyon manata enib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 12.015 milyon manat olub.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru