Eramızdan əvvəl 3100-cü ilə aid qədim hind Sanskritlərində Ramana və Suraxanı barədə qeydlər.

16-10-2024, 17:18           
Eramızdan əvvəl 3100-cü ilə aid qədim hind Sanskritlərində Ramana və Suraxanı barədə qeydlər.
Hinduizimin müqəddəs kitablarından biri Bhagavata Purana yaxud Srimad Bhagavatam adlanır. Müxtəlif dövrlərdə maddi dünyaya enmiş müxtəlif avatarların təsvirini, həmçinin hind fəlsəfəsi, metafizikası və kosmologiyası haqqında geniş məlumatları ehtiva edir. Kainatın tarixi inkişafından, özünü tanıma və qurtuluş yollarından bəhs edir. Sanskrit dilinə mənsub olan veda sözünün mənası bilik deməkdir.
Bhaqavata Purananın mətninin tarixi ilə bağlı alimlər arasında müxtəlif fikirlər var. Hinduizmin dini ənənəsi Bhaqavata Purananı dövrün əvvəlində yazılmış Vyasa əsərlərindən birinə aid edir, Hinduizmdə Kali Yuqa adlanır və başlanğıcı təxminən eramızdan əvvəl 3100-cü ilə təsadüf edir. Hindilər hesab edirlər ki, Bhaqavad-qita"(Tanrı nəğməsi) və "Şrimad-bhaqavatam"(İlahi vəhylər) kimi Veda təliminə verdiyi izahlarla müasir insanın diqqətini indiki dəmir dövrünün (Kali-yuqa) ən asan özünüdərk etmə metodu olan sankirtana-yaqya - Allahın Müqəddəs adlarının birgə tərənnümü prosesinə cəlb edir.
Bu qədim Sanskrit dilində yazılan Bhaqavata Purana 12 mahnı, 332 fəsil və 18.000 misradan ibarətdir. Birinci mahnı Vişnunun əsas avatarlarını sadalayır, sonrakılar isə onların ətraflı təsvirini ehtiva edir. 10-cu və 11-ci fəsil və misralar Krişnanın zühur tarixini, Vrindavandakı fəaliyyətini və onun fədailərinə təlimatları qeyd edir. Sonuncu, 12-ci fəsildə misralar Kali Yuqanın indiki tarixi dövrünün hadisələrini və Yer kürəsində gələcək kataklizmləri proqnozlaşdırır.
Burada eyni zamanda coğrafi yerlər də xüsusilə qeyd edilir. Coğrafi adlarda, burada baş verən hadisələrin mənzərəsi olaraq Mahabharata və Şrimad Bhaqavatamda açıq yazılır. Srimad Bhagavatamda Azərbaycanın iki ərazisinin adı çəkilir. Bunlar Ramana və Suraxanıdır.
Bu göstərir ki, coğrafi adların burada olması Bakının Suraxanı və Ramana adları və ərazisi ən qədim dövlərdə mövcud olub. Mahnılarda Ramana və Suraxanı adlarının izahı belə verilir:
Ramana- Şrimad Bhaqavatamın Onuncu Nəğməsində deyilir ki, ramana “həyatın ən yüksək səadətidir” və ona yalnız mənəvi güc vasitəsilə nail olmaq olar, onun mənbəyi, Sankarsana- Ulu Tanrının plenar genişlənməsidir. Məhz ən yüksək səadət burda baş verir.
Suraxan- “Su-Ra-xan” – Şrimad-Bhaqavatam;n dördüncü fəsilin misralarında “öldürən Allahın Ali Şəxsiyyətinin qüdrətinə malik olan” kimi qeyd edilir. Onlara görə Tanrıların ən böyük savaşı bu ərazidə baş verib.
Bu bir daha göstərir ki, diqqətlə araşdırmalar aparılsa Azərbaycanla bağlı çox məlumat əldə etmək olar.
Zaur Aliyev, dosent
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.