Təhsil nazirinin adı niyə qara siyahıya düşüb? - təfsilat

26-09-2016, 10:10           

“Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təhsil sistemi ilə bağlı şikayətlərin sayı artmaqdadır. Təsillə bağlı ən çox şikayətlər ali təhsilli gənclərin məktəblərdə işə götürülməsində və müəllimlərin iş yerini dəyişməsində yaranan bürokratik əngəllərlə bağlıdır”. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən xəbər daxil olub.

Mənbə deyir ki, təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları regionlarda ciddi narazılıq yaradıb: Bu qaydalar mürəkkəb olduğu qədər də absurddur. Faktiki olaraq yeni qaydalar dövlət ali məktəblərinin verdiyi diplomunu tanımır və müəllim düzəlmək üçün əlavə imtahan götürülür. Əgər məzunlar 4 illik proqramı mənimsəməyiblərsə, onlara niyə diplom verlirdi? Yaxud mənimsəyiblərsə, əlavə imtahana nə ehtiyac var? Bu qaydalar xüsusilə də müəllim çatışmazlığından əziyyət çəkən bölgələrdə ciddi narazılıq yaradır və məzunların işə götürülməsinə mane olur”.

Mənbə deyir ki, müəllimlərin işə qəbul qaydalarının çətinləşdirilməsi praktikada əks effekt verib: “Sovet dövründə olan təyinat daha səmərəli idi. Müəllim çatışmazlığı olan məktəblərdə vakansiyalar nazirliyə ötürülürdü. Nazirlik də ali məktəblərə bu vakansiyalar əsasında təyinatlar verməyi tapşırırıdı. İndi bu prosesin mərkəzləşdirilməsi praktikası özünü doğrultmur. Ölkədə 5 minə yaxın orta məktəb, 280 minə yaxın müəllim kontingenti var. Onların 1 mərkəzdən idarə olunması təbii ki, fiziki baxımdan belə mümkün deyil. Ona görə də yeni qaydalar qüvvəyə minəndən (28 mart 2016-cı il) təhsil sistemindən gələn şikayətlər sürətlə artmaqdadır. Bu məsələ artıq siyasi rəhbərliyə məruzə edilib”.

Mənbənin məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə təyin ediləndən (19 aprel 2013-cü il) nəinki təhsil sistemindəki problemləri həll edib, əksinə, izafi problemlər yaradıb: “Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təkcə müəllimlərin işə qəbulu ilə bağlı şikayətlər yox, həm də dərsliklərin keyfiyyəti, məktəb direktorlarının özbaşınalığı ilə bağlı müraciətlər də daxil olur. Ən başlıcası isə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq problemlər həll olunmamış qalır. Böyük ehtimalla yaxın vaxtlarda Mikayıl Cabbarovla bağlı siyasi qərar veriləcək, yəni karyerası bitəcək.”

Mənbənin məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə təyin ediləndən (19 aprel 2013-cü il) nəinki təhsil sistemindəki problemləri həll edib, əksinə, izafi problemlər yaradıb: “Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təkcə müəllimlərin işə qəbulu ilə bağlı şikayətlər yox, həm də dərsliklərin keyfiyyəti, məktəb direktorlarının özbaşınalığı ilə bağlı müraciətlər də daxil olur. Ən başlıcası isə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq problemlər həll olunmamış qalır. Böyük ehtimalla yaxın vaxtlarda Mikayıl Cabbarovla bağlı siyasi qərar veriləcək, yəni karyerası bitəcək.”

İstiqlal.az Təsil Nazirliyinin təhsil sistemində izafi problemlər yaradan qərarını təqdim edir:

Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri ilə “Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib.

Həmin qaydalara əsasən, ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi, eləcə də müəssisələrə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Yeni qaydalara görə, vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Yer tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, bu il bu proses test imtahanından sonra mümkün olacaq.

Müəllimlərin iş yerinin dəyişdirilməsinin iki forması mövcuddur:

- eyni rayon (şəhər) daxilində iş yerinin dəyişdirilməsi;
- bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) iş yerinin dəyişdirilməsi.

Müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən (rayon (şəhər) təhsil şöbələri (idarələri)) müəyyən edilmiş qaydada həyata keçirilir. İş yerini bu formada dəyişmək istəyən şəxslər təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər.
Müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən şəxslər iştirak edə bilərlər.

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqə 4 mərhələdə təşkil edilir.

Müsabiqənin birinci mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır.

Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə 60 sual (40 ixtisas 10 metodika 10 məntiq) təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər dörd yer seçə bilərlər.

Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.