Deputat üsyan etdi: “500 nəfərlik yeməyin, içməyin pulunu verirsən......”

26-09-2016, 12:30           
Deputat üsyan etdi: “500 nəfərlik yeməyin, içməyin pulunu verirsən......”
“Təsəvvür edin ki, 500 nəfərlik yeməyin, içməyin pulunu verirsən, toy tamamlanandan sonra ortada qalan heç nəyi götürmək ixtiyarın olmur. Dünyanın hansı yerində belə bir anormallıq ola bilər?”

teref.az yazır ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb.

Millət vəkilinin sözlərinə görə, bu anormal haldır: “Bəlkə mən toydan qalan yemək içməyi yetim evinə, ahıllar evinə göndərmək istəyirəm, öz ödədiyim pula bunları niyə götürə bilməyim?

Həmin salatlar, çərəzlər, içkilər sabahkı günün toy qonaqlarına ötürülür. Bir saat keçməmiş kondisionerləri söndürüb, ürəyi dözməyənlərin çıxıb erkən getməsini təmin edirlər.

Qəsdən musiqi səsini elə qulaqbatırıcı edirlər ki, masada kimsə başqası ilə söhbət edə bilmir və qışqırmaqdan boğazı tutulur. Qulluq edənlərə yetərli pul ödənmədiyinə görüb buraxırlar qonaqların üzərinə. Ardınca da yığılan pulların ən azı 60 faizi şadlıq evlərinə qalır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru