Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində bir pillə irəliləyib

28-09-2016, 10:17           

Azərbaycan dünyanın qlobal rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini il ərzində bir qədər də yaxşılaşdırıb.

Bu barədə Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan reytinq cədvəli deməyə əsas verir.

Azərbaycan ötən ildən bu yana öz mövqeyini yaxşılaşdıraraq bir pillə irəliləyib və siyahıda 37-ci yeri tutub.

Keçmiş SSRİ respublikaları arasında Rusiya 43, Litva 35, Estoniya 30, Qazaxıstan 53, Ukrayna 85-ci yerdə qərarlaşıb. Belarus ümumiyyətlə reytinqə düşməyib.

Siyahıda lider üçlük dəyişməyib: İsveçrə, Sinqapur və ABŞ.

ÜİF ölkələrin rəqabətqabiliyyətlilik reytinqini 110-dan çox göstərici əsasında hazırlayır. Bura infrastruktur, əmtəə və əmək bazarının səmərəliliyi, təhsil və səhiyyənin keyfiyyəti, ölkədə makroiqtisadi şərait, innovasiya, maliyyə bazarının inkişafı və s. daxildir. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru