Bununla bağlı Antiinhisar hələlik heç bir açıqlama verməyib

Bu gün, 11:14           
Bununla bağlı Antiinhisar hələlik heç bir açıqlama verməyib
Bu gün provayderlərin eyni anda minimal internet tariflərini qaldırmasına qarşı Antiinhisarın araşdırmalara başlamasının 3 ayı tamam olur.
Xatırladıram ki, Antiinhisar cari ilin 14 avqust tarixində Aztelekom təbii inhisar sübyektinin digər provayderlərlə eyni anda minimal internet tariflərini qaldırmasını “kartel sövdələşməsi” və "istehlakçıların seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirib və araşdırmalara başlayıb.
Araşdırma indiyədək başa çatmayıb. Bununla bağlı Antiinhisar hələlik heç bir açıqlama verməyib.
Buna baxmayaraq bütün provayderlər 15 avqustdan istifadəçilərə tələbatına uyğun seçim hüququ vermədən, minimal 25 manat tarif (100 Mb/s) tətbiq edirlər.
Bundan sonra regionlarda bir xeyli istifadəçilər internetdən imtina edib və ya “şərikli internetə” keçiblər.
Yeri gəlmişkən, ötən dövrdə həm də Antiinhisarın statusu güclənib. Əvvəllər İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən bu Dövlət Xidməti Prezidentin fərmanı ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olaraq fəaliyyət göstərəcək.
Hələlik qurumun yeni Əsasnaməsi və strukturu təsdiqlənməyib.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.