YAP ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edir
14-11-2024, 15:35
“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında Ulu Öndər Heydər Əliyev bu fikirləri səsləndirib.
1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Təsis konfransında Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak etdi. Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi, qanuni qüvvəyə mindi. Bundan sonra Respublikanın şəhər və rayonlarında təşkilatlanma mərhələsi başlandı. O vaxt hakimiyyətdə olan iqtidarın kobud hədə və müdaxilələrinə, qadağalarına baxmayaraq, qısa müddətdə Respublikanın bütün rayon və şəhərlərində təşkilatlar yaradıldı, bunlarda öz növbəsində kənd və qəsəbələrdə, idarə və müəssisələrdə ilk ərazi təşkilatlarını yaratdılar. Respublikanın hər yerində böyük sisyasi canlanma əmələ gəldi.
1991-ci ildə yеnidən öz müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrini Yenı Azərbaycan Partiyasının rəhbərliyi, təşkilatçılığı altında ölkənin bu günü və gələcəyinə tətbiq edə bildi. Ötən müddət ərzində ölkəmizdə istər milli dövlətçilik, istərsə də sоsial-iqtisadi, mədəni quruculuq və təhsil sahələrində əsaslı islahatlara başlanılmış, ən başlıcası isə hərtərəfli inkişafı təmin еdən islahatların aparılmasının hüquqi-nоrmativ bazası yaradılmışdır. Ulu Öndərin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqilliyimizin ilk çətin illərində başlanan fəaliyyəti mühüm məsələlərin həllini sürətləndirdi və vətəndaş qarşıdurması mühitini aradan qaldırdı.
Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapdı. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edildi. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edildi və xalq tərəfindən dəstəkləndi. Ulu Öndərin rəhbərliyi dövründə verdiyi hər bir qərar, atdığı hər bir addım bizi işğal altında olan torpaqlarımızın azad olunacağı günə, qələbəyə bir addım yaxınlaşdırırdı.
Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin qeyd etdiyi ki, - “Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq.”
Könül Əfəndiyeva – YAP üzvü