İspanlar avtomobilləri dirəklərə bağlayırlar: narıncı xəbərdarlıq edilib

15-11-2024, 08:47           
İspanlar avtomobilləri dirəklərə bağlayırlar: narıncı xəbərdarlıq edilib
Malaqada küçələr və bir neçə tibb müəssisəsi su altında qalıb

İspaniyanın Alora, Pizarra, Kartama, Alhaurin de la Torre və Malaqa bələdiyyələrində 1000 evdən 3000 nəfər təxliyə edilib. AYNA xarici mediaya istinadən bildirir ki, bir saat ərzində hər kvadratmetrə demək olar ki, 68 litr yağış suyu düşüb və şəhərlərin küçələrini su basıb.

Malaqa şəhər meriyası küçədə su yığılması səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətini dayandırmaq qərarına gəlib. Bir neçə tibb müəssisəsi də su altında qalıb.

İki həftə əvvəl qasırğadan ağır zərbə alan Valensiyada ikinci ən yüksək həyəcan səviyyəsi – narıncı xəbərdarlıq edilib. Təsirə məruz qalan ərazilərdəki bəzi sakinlər zərər görəcəyindən qorxaraq avtomobillərini plastikə bükür, bəziləri isə onları elektrik dirəklərinə bağlayır.

Bu ayın əvvəlində Valensiyaya təsir edən Dana qasırğası və sonrakı daşqınlar nəticəsində ölənlərin ümumi sayı 215 nəfər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru