FIFA klublararası dünya çempionatının kubokunu təqdim edib

15-11-2024, 10:42           
FIFA klublararası dünya çempionatının kubokunu təqdim edib
Beynəlxalq Futbol Federasiyası (FIFA) rəsmi saytında yen Klublararası Dünya Çempionatının kubokunu təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Mükafat FIFA tərəfindən hazırlanıb və "Tiffany & Co" zərgərlik brendi ilə birgə istehsal edilib. Kubok 24 karat qızılla örtülüb. Onun hər iki tərəfində lazerlə işlənmiş yazılar, həmçinin futbol tarixini əks etdirən mətn və şəkillər var. Kubokun üzərində dünya xəritəsi və FIFA-ya üzv olan 211 assosiasiyanın və altı konfederasiyanın adları həkk olunub. Yazılar 13 dildə və Brayl əlifbası ilə yazılıb.

Kubokun üzərində bu sözlər həkk olunub:

"Bu kuboku əlində saxlayanlara: tarix sizindir! Siz klub futbolunun zirvəsini təmsil edən, az adama bəxş edilən, lakin çoxları tərəfindən şəninə tərif oxunan bir anın şahidi olursunuz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru