Cənubi Afrikada kütləvi zəhərlənmə - 50 şagird xəstəxanalıq oldu

15-11-2024, 10:58           
Cənubi Afrikada kütləvi zəhərlənmə -
Cənubi Afrikanın Limpopo vilayətində kütləvi zəhərlənmə halı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıvb.

Bildirilib ki, Qiyani məktəbində köhnə qida yeyən 50 şagird zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Limpopo Səhiyyə Departamentinin sözçüsü Neil Şikvambana məlumatı təsdiqləyib:

“Əldə etdiyimiz məlumata görə, məktəblilərin durumu hazırda stabil olaraq qalır”.

Şikvambana onu da bildirib ki, şagirdlər Milli Məktəb Qidalanma Proqramına daxil olan “pap və süd” adlı qidaları qəbul ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru