Sistem elə qurulub, oyun qaydaları dəyişməsə, səbəb aradan qalxmasa

20-11-2024, 10:54           
Sistem elə qurulub, oyun qaydaları dəyişməsə, səbəb aradan qalxmasa
Xatırlayın, hökumət Aİ95 (premium) markalı benzin qiymətlərinin tənzimlənməsini Tarif Şurasından alanda nə deyirdi - bəli, fəxrlə bəyan edirdi ki, Aİ95 qiymətlərini bazar müəyyən edəcək, rəqabətli mühit tənzimləyəcək, bu keçidi ölkənin bazar iqtisadiyyatının liberallaşması yolunda atılan addım kimi təqdim edirdi.
Nəticədə, qiyməti TŞ-ı yox, SOCAR diktə edirdi, SOCAR dan, onun orbitində olan şirkətlərdən başqa heç kim ölkəyə Aİ95 gətirə bilmirdi. İndi yenidən Aİ95 qiymətini Tarif Şurası müəyyən edəcək.
İldə bir dəfə yeni "holdinq" yaradıb, digərini ləğv etməklə, Aİ95 TŞ-dan alıb, sonra özünə qaytarmaqla olmur bu işlər, ölkədə rəqabətin R hərfi yoxdur, çünki, sistem elə qurulub, oyun qaydaları dəyişməsə, səbəb aradan qalxmasa, nəticə də dəyişməyəcək - bu sadə həqiqəti hökumət anlamır, anlasa da heç nə edə bilmir, qrup maraqları dövlət maraqlarını həmişə udur...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru