Göycayda fermer kömək istəyir - ŞİKAYƏT /VİDEO

29-09-2016, 14:54           
Göycayda fermer kömək istəyir - ŞİKAYƏT /VİDEO
teref.az - nun poçtuna Göyçay rayonu Bığır kənd sakini sahibkar Mayılov Çingiz Sabir oğlu tərəfindən şikayət daxil olub.Şikayətçi yazır:
Göyçay rayonu Bığır kənd sakini sahibkar Mayılov Çingiz Sabir oğlu tərəfindən

ƏRİZƏ


Göyçay rayonunda sahibkarlıq fəaliyyəti göstərib Azərbaycan dövlətinə töhfələr verirəm.Sahibkarlıq fəaliyyəti ilə məşğul olub hər ay vaxtlı-vaxtında dövlət vergisini ödəyirəm.Göyçay rayon ərzazisində böyük motelim, quşçuluq inqubatorum, çay evi və sairə isahibkarlıq obyektlərim hazırda fəaliyyətdədir.Sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün rayonda böyük bir çörək bişirmə zavodu inşa etdirmişəm ki, bura 500.000 manatdan çox pul xərcləmişəm.Buna görə də həmin zavodu işə salmaq üçün hazırda maddi imkanım yoxdur. Həmin çörək bişirmə zavodunda 70-80 nəfər işlə təmin ediləcək, çörəyin keyfiyyəti yüksək olacaq və qiyməti bazar qiymətindən ucuz olmaqla bir neçə rayonun əhalisinin təlabatını ödəmək gücündə olacaq.Güzəştli kredit almaq üçün müvafiq qrumlara müraciətlər etsəm də həmin çörəkbişirmə zavaodunun kupçası olmadığı üçün alınmamışdır.Buna görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etsəmdə kupça verilməsindən imtina edilmişdir.Dəfələrlə buna görə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda olmuşam ancaq hər dəfə düzələr deyə-deyə heç bir köməklik etməmişdir. Həmçinin qeyd edim ki, 2013-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi çörək bişirmə zavodunun tikintisini qanunsuz olaraq saxlatdırmışdır.Çünki razılıq üçün FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Asiman adlı rəis müavini məndən 40.000 manat pul istədi.Bunu təsdiq edən subutlarımda var.Buna görə şikayətlər etdim deyə hazırda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb çörəkbişirmə zavodunun sökülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə FHN-nin iddiası əsassız olduğundan təmin edilməmişdir. Bu boyda da haqsızlıq olmaz.Onlar özlərini bu ölkənin sahibi kimi aparırlar.Ancaq bilmirlər ki. Azərbaycan xalqının hörmətli İlham Əliyev kimi seçdiyi Prezidenti var.Buna görə də mən mətbuata müraciət etməyi qərara aldım.Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda sahibkarlıq inkişaf etmiş bunun üçün mütərəqqi qanunlar qəbul edilmişdir.Biz sahibkarların köməyi və ümüd yeri ancaq cənab Prezidentdir.Bizim ailə Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini və həmin siyasi kursun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin tərəfdarlarıyıq.Ailəmizdə hamımız Yeni Azərbaycan Partiyasının üzvüyük. İki övladım xarici ölkədə ali təhsil alırlar.Övladlarım da öz bilik və bacarıqları ilə Azərbaycana töhfələr verəcəklər.
Sizdən çox-çox xahiş edirəm sahibkarlıq fəaliyyətimin genişləndirib çörək bişirmə zavodunu işə salınması üçün kupça verilməsinə köməklik edəsiniz.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.