Hər iki məsul qurum əvəzinə şikayətə cənab Mahal Mehdiyevin cavab vermə səlahiyyəti var idi ki?
6-12-2024, 09:34
Azəriqaz İB TTİ bir qrup işçisi onların ezamiyyə xərclərinin düzgün ödənilməməsi ,əmək hüquqlarının pozulması ilə əlaqədar 09.10.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə , Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmana müraciət etdi.
Nəticədə:
- işçinin(işçilərin)Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmana 09.10.2024-cü il tarixində yazdığı şikayət ərizəsinə , 26 noyabr 2024-cü il tarixində ,SOCAR istetadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəis müavini,vitse prezidentin müavini -Departamentin rəisi vəzifəsini müvəqqəti icra edən (3 vəzifə) Mahal Mehdiyev, cavab verdi (???) , Cavab məktubunu şikayətçi 5.11-ci il tarixində alıb.
Sual; Hər iki məsul qurum əvəzinə şikayətə cənab Mahal Mehdiyevin cavab vermə səlahiyyəti var idi ki?
Hətta bu səlahiyyəti "kimsə" ona vermişdisə də (?)
Bu halda o:
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun Maddə 10.1. -(Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.)pozub,
- Ölkə başçısına və müvafiq dövlət qurumlarına şikayət edən Azəriqaz İB TTİ-nin işçilərinin ərizəsini araşdırılması üçün şikayət edilən quruma göndərib.
Bu halda "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.) pozulub.
İşçi ona verilən cavab məktubu ilə razılaşmır. Bu halda onun məhkəməyə , prokurorluğa müraciət etmə hüququ vardır.
Mirvari Gahramanli
TEREF