Minimum əmək haqqının məbləği AR - sı Prezidentinin Sərəncamı ilə müəyyən edilir.

Dünən, 10:34           
Minimum əmək haqqının məbləği AR - sı Prezidentinin Sərəncamı ilə müəyyən edilir.
AZƏRBAYCAN Respublikası PREZİDENTİNİN Sərəncamı ilə: Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın1-dən 400 manat müəyyən edilmişdir.
İşçinin heç bir ayrı-seçkilik qoyulmadan işinə görə Dövlətin müəyyənləşdirdiyi - MİNİMUM əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Minimum əmək haqqı-iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Aylıq işvaxtı normasını işləmiş,eyni zamanda əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
İşəgötürən iıə Əmək kollektivi arasında bağlanan Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.
Əmək haqqı sistemi ilə nəzərdə tutulan: mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr, digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
Minimum əmək haqqının məbləği AR - sı Prezidentinin Sərəncamı ilə müəyyən edilir.
Azer Quliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.