Laçın Səhiyyəsində Ağlasığmaz olaylar

5-10-2016, 20:43           
Laçın Səhiyyəsində Ağlasığmaz olaylar
16:50

02.10.2016-ci il tarixdə Laçın Rayon Səhiyyə Şöbəsi ilə bağlı redaksiyamiza şikayət ərizəsi daxil olmuşdur.Biz Demokratiya.info saytı olaraq göstərilən ittihamlara aydınlıq gətirmək üçün əməkdaşımızı Laçın Rayon Səhiyyə Şöbəsinə göndərdik.Əməkdaşımız 05.10.2016-cı il tarixdə saat 15-00 radələrində Laçın RMX-da olarkan həkim və digər tibb işçılərini görə bilməsədə ağlasığmaz bir mənzərə ilə rastlaşıb.Belə ki, Mərkəzi xəstəxananın həyətində əkilmiş yonca sahəsində xeyli malqaranın olmasına şahid olub.Əməkdaşımızın dediyinə görə Laçın RMX-nın həyəti tibb müəssisəsindən daha çox fermer təsərüfatını xatırladır.Onuda nəzərinizə çatdırırıq ki,bu məsələ ilə bağlı hələdə araşdırmalarımız davam edir.

*******

02.09.2016

Laçın rayonun Qarakeçdi kənd sakini Həsənzadə Şamil Əsəd oğlu redaksiyamiza şikayət ərizəsi ilə müraciət edib.Şikayətçinin ərizəsini olduğu kimi təqdim edirik.

Hörmətli Demokratiya.info saytı xahiş edirəm bu şikayət ərizəmi saytınızda dərc etməklə haqq səsimi Azərbaycan Respublikasının Möhtərəm cənab Prezidenti İ.Əliyevə və digər aidiyyatı Dövlət orqanlarına çatdırasız.

Azərbaycan Respublikasının Möhtərəm cənab Prezidenti İ.Əliyev digər sahələrdə olduğu kimi səhiyyə sahəsinədə xüsusi diqqət və qayğı göstərir. Səhiyyə sahəsinin inkişafı üçün yeni Xəstəxanalar tikilir, müasir avadanlıqlarla təmin edilir.Hər il Dövlət büdcəsindən səhiyyənin inkişafı üçün milyonlarla vəsait ayrılır. Çox təssüf hissiylə qeyd etmək istəyirəm ki, Cənab Prezidentimizin bu qayğı və diqqətini Laçın səhiyyəsində görmək mümkün deyil. Belə ki, Laçın səhiyyəsinin bəzi səlahiyyət sahibləri bütün ayrılmış vəsaitləri öz dədə malı kimi mənimsəməkdən çəkinmirlər. Laçın səhiyyə şöbəsinin nəzdində elə xəstəxana, tibb məntəqəsi var ki, heç bir fəaliyyəti yoxdur.Yalnız xəstəlik vərəqələri satmaqla məşxuldurlar. Özbaşnalıqın hökm sürdüyü bu Laçın səhiyyəsində özü Bakı, Sumqayıt və digər şəhər və rayonlarda yaşayan, şəxsi biznesi ilə məşxul olan və guya Taxta Körpüdə işləyir kimi müftə əməkhaqqı alan həkim, tibb işçisi və texniki işçilərin olmasıda adi hal kimi qəbul edilir.Laçın Səhiyyəsinə verilən dərman pereparatlarıda xəstələrə verilmir və başqa-başqa apteklərdə satılaraq mənimsənilir.

Mən bir vətəndaş olaraq Azərbaycan Respublikasının Möhtərəm cənab Prezidenti İ.Əliyevə, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya, Səhiyyə Naziri Cənab O.Şirəliyevə və Maliyyə Naziri cənab S.Şərifova müraciət edərək xahiş edirəm Laçın səhiyyəsi ilə bağlı göstərdiyim faktların araşdırılmasına dair aidiyyatı orqanlara göstəriş versinlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.