Rüfәt Quliyev siqaret subsidiyalarını mәnimsәyәcәkmi?
6-10-2016, 14:33
Azәrbaycanda tütün mәhsullarının bir neçә dәfә qiymәtinin qalxması böyük ajiotaj yaratdı Ölkәnin siqaret bazarındakı bahalaşma bu mәmulatların xaricdәn idxal olunması ilә izah edildi. Ancaq yerli istehsalat müәssisәlәrinin dә bazara siqaret çıxardığı siqaretlәrdә qiymәt artımı qeydә alındı. teref.az Politika.Az¬a istinadәn xәbәr verir ki, artıq dövlәt başçısı islahatların davamı olaraq tütün istehsalçılarına subsidiyalar verilmәsi haqda sәrәncam imzalayıb. Bu sәrәncamla nәzәrdә tutulan subsidiya 2016¬cı ildә istehsal olunub emal müәssisәlәrinә satılmış quru vә yaş tütünә dә şamil edilir. Artıq yerli istehsalçılar üçün heç bir bәhanә qalmır.
Prezident siqaret bazarındakı tariflәrin dә tәnzimlәnmәsi vә bu sahәnin inkişafı üçün dövlәt dәstәyini әsirgәmәdi. Yerdә qalır iş adamlarının, tütün müәssisәlәrinә rәhbәrlik edәn mәmurların subsidiyaları şәffaf şәkildә xәrclәmәsi. Xüsusilә, deputat Rüfәt Quliyevin özünü necә aparacağı sual doğurur. Çünki onun adı gah sәlәmçilikdә, gah siqaret inhisarçılığında, gah da süni qiymәt artımına getmәkdә hallanıb. Ümid edilir ki, deputat bu dәfә prezidentin sәrәncamına qarşı fәaliyyәtdә olmayacaq. Hәr halda subsidiyalar ayrılır ki, bu sahәdә işlәr görülsün. R.Quliyev hәmin subsidiyalara mәnimsәmәk üçün yem kimi baxacaqsa, o halda nәyinsә dәyişәcәyinә ümid etmәk olmaz. Millәt vәkili Rüfәt Quliyevin rәhbәri olduğu "EUROPEAN TOBACCO Baku” fabriki hәmişә qiymәt artımına yol verib. Halbuki, qanunla deputatın biznes fәaliyyәti qadağandır. Azәrbaycanda isә illәrdir ki, "EUROPEAN TOBACCO Baku” fabrikinә deputat rәhbәrlik edir.
Şirkәt "British American Tobacco” vә "İmperial Tobacco Group” kimi qlobal şirkәtlәrlә birgә "Viceroy” vә "Prima De Luxe” siqaret brendlәrini istehsal edir. "European Tobacco”nun potensial gücü Azәrbaycanda siqaretә tәlәbatın 80¬85 faizini qarşılamağa imkan verir. Bu isә R. Quliyevin İdarә Heyәtinin sәdri olduğu "European Tobacco Baku” ASC¬nin hәm dә inhisarçılıqla mәşğul olduğunu göstәrir. Azәrbaycanda bir sıra siqaretlәrin qiymәti 20¬40 qәpik civarında artıb. Satış mәntәqәlәrindә әvvәlki satış qiymәti 2 manatdan yuxarı olan siqaretlәr 30 qәpik, 2 manatdan aşağı olanlar isә 20 qәpik bahalaşıb. Siqaretlәrin qiymәtlәrindә artım olması isә narazılıqla qarşılanıb. Qiymәti bahalaşan siqaretlәrin әksәriyyәti deputatın fabrikindә istehsal olunur.
Qarşı tәrәfi dinlәmәyә hazırıq.
teref.az