Azil Aslanov Beyləqanı bu günə qoyub - Foto fakt
9-10-2016, 01:29
Beylaqanın mərkəzində un satılan yerdə antisanitariya baş alıb gedir
Bu barədə yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, yaranmış vəziyyət insanların sağlamlığına ciddi təsir edir. Nədənsə aidiyyəti qurumlar buna göz yumurlar.
Bölgələrdə məmur özbaşınalıqları səngimək bilmir. Bəzi rayonların icra başçıları, eləcə də idarə və müəssisə rəhbərləri dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyərək özbaşınalığa yol verirlər.
Bu gün əksər bölgələrimizdə vətəndaşların yerli məmurlar tərəfindən incidilməsi hallarına tez-tez rast gəlinir. Bununla bağlı mətbuat səhifələrində nə qədər yazılsa da, xeyri yoxdur ki, yoxdur.
Beyləqan şəhərinin icra nümayəndəsi Azil Aslanov da onlardan fərqlənmir. Kanalizasiya sisteminin yenidən qurulması üçün ayrılan büdcə vəsaitləri müxtəlif şəxslər tərəfindən mənimsənilib.
Beyləqanın mərkəzi ərazilərində qoyulan zibil qutuları həftələrlə təmizlənmir. Buna görə şəhərdə antisanitariya baş alıb gedir. Bunun səbəbkarı isə sözsüz ki, Azil Aslanovdur. O Beyləqan camaatının baş ağrısına çevrilib.
O, Beyləqan rayon Kommunal Təssərrüfat İdarəsinin müdiri işləyirdi. Amma həmin vəzifədə də özünü doğrultmamışdı.
İcra başçısı onu Beyləqan şəhərinin icra nümayəndəsi təyin etməklə vətəndaşların güzəranına mənfi təsir göstərdi.
Azil Aslanov sənəd üzərində şişirtmə rəqəmlər yazır və bununla da büdcə vəsaitlərinin bir hissəsini şəxsi ciblərə yönəldir.politika.az
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az